Alimlər: Taxtabitilər Yer kürəsində insandan xeyli əvvəl məskunlaşıblar


Digərləri 19 May 2019 06:30:00 251 0

Alimlər: Taxtabitilər Yer kürəsində insandan xeyli əvvəl məskunlaşıblar

Taxtabitilərin artmasının çox qəribə üsullarını tədqiq edən alimlər belə gözlənilməz nəticəyə gəliblər ki, bu həşəratlar Yer kürəsində insandan xeyli əvvəl məskunlaşıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, taxtabitilərin 30 növündən götürülmüş DNT nümunələri onların ən azı 115 milyon ildir mövcud olmasını göstərib.

Bu qaniçən parazitlər hətta özlərinin əzəli heyvan sahiblərindən - yarasalardan 50 milyon il əvvəl əmələ gəliblər. Bu cür gözlənilməz kəşflər "Müasir biologiya" jurnalında dərc edilib.