Həsən Rouhani: İran təzyiq altında ABŞ-la danışıqlara başlamayacaq


Digərləri 19 May 2019 06:15:00 209 0

Həsən Rouhani: İran təzyiq altında ABŞ-la danışıqlara başlamayacaq

İran təzyiq altında ABŞ-la danışıqlara başlamayacaq

Bakı. İran təzyiq altında ABŞ-la danışıqlara başlamayacaq. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Rouhani Tehranda ziyalılarla görüşündə deyib. H.Rouhani bildirib: "Biz təzyiq və təhdidlər şəraitində danışıqlar masasına oturmayacağıq. Bəli, iranlılar danışıqlar məntiqinin tərəfdarıdırlar, lakin düşmən tərəf bizə - sizi danışıqlar masasına oturdacağam deyirsə biz bütün dünya bizə qaşı olsa belə bu lovğalığın qarşısında boyun əymərik".