Gürcüstanlı gimnast: Bakıda Avropa Çempionatında rəqabət çox böyükdür


Digərləri 19 May 2019 03:00:55 195 0

Gürcüstanlı gimnast: Bakıda Avropa Çempionatında rəqabət çox böyükdür

Bakıda bədii gimnastika üzrə beynəlxalq yarışların keçirilməsindən çox xoşum gəlir

Bakı. Cani Babayeva - Bakıda bədii gimnastika üzrə beynəlxalq yarışların keçirilməsindən çox xoşum gəlir. Bunu Trend-ə gürcüstanlı gimnast Natella Bolatayeva deyib. Gimnast bildirib: "Bu gün normal çıxış etdim, əlbəttə, bəzi səhvlərim oldu və onları gələcəkdə düzəltmək lazım olacaq. Hər şey yaxşı keçdi. Gələcəkdə bu cür səhvlərin təkrarlanmaması üçün işləyəcəyəm. Səhvlər həyəcan səbəbindən baş vermiş ola bilər. Deyə bilərəm ki, tamaşaçıların dəstəyi mənə çox kömək etdi". N.Bolatayeva vurğulayıb ki, Bakıda Avropa Çempionatında rəqabət çox böyükdür və hər gimnast yaxşı hazırlaşıb. Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.