Satılan hər 2 avtomobildən 1i elektrikli olacaq


Digərləri 18 May 2019 23:25:00 240 0

Satılan hər 2 avtomobildən 1i elektrikli olacaq

Ötən il elektromobillərin satışında 63% artım müşahidə olunub.

Son.az fed.az-a istinadən bildirir ki, bu avtomobillərin satış sayı ötən il dünya üzrə 2 milyon ədədə çatıb. Bununla da elektromobillərin avtomobil bazarındakı payı 2,5%-ə çatıb.

Məlumata əsasən, bazardakı avtomobil sayının durmadan artması ilə bu rəqəmin 2019-cu ildə 3 milyon ədədə çatacağı proqnozlaşdırılır.

"Bloomberg"in araşdırmasına görə isə 2040-cı ildə bazardakı avtomobillərin 57%-ni elektromobillər təşkil edəcək.