Elə bir natiqdir ki, dili həqiqəti danışmaqdan yorulmaz


Digərləri 18 May 2019 23:20:00 243 0

Elə bir natiqdir ki, dili həqiqəti danışmaqdan yorulmaz

Həzrət Peyğəmbər (s) buyurur: "Quranın başqa kəlamlara qarşı fəzilət və üstünlüyü, Allahın məxluqları üzərindəki fəzilət və üstünlüyü kimidir".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Quran hər şeydən üstündür, Allahın İlahi zatından başqa".

Son.az deyerler.org-a istinadən bildirir ki, Peyğəmbərimiz (s) buyurur: "Quran - qaranlıqdan aydınlığa doğru yol göstərəndir, korluqdan sonra gözü görmək kimidir, mələklərdən pakdır, alçaqlardan üstündür və dünyadan axirətə doğru yol göstərəndir. Sizin dininizin kamalı ondadır".

Həzrət Rəsulallah (s) buyurur: "Quranda sizdən əvvəl və sizdən sonrakıların xəbəri vardır. O, dahidir ki, onda yersizlik yoxdur. O, elə kitabdır ki, hər kim onu tərk edər - Allah onu tərk edər. Hər kim ondan qeyrisindən hidayət istəyər - Allah onu zəlil edər. O, Allahın möhkəm kəndiridir".

Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən bu Quran - aşkar nur və möhkəm kəndir, etimadlı pənah, yüksək məqam, şəfa istəyənlərin şəfası, böyük fəzilət və əzəmətli səadətdir".