Özümüz üçün düşünmək
Digərləri 18 May 2019 23:05:00 313 0
Son.az yarpaq.az-a istinadən Alain de Bottonun yazısını təqdim edir
Sokrat bizə təkcə başqalarının fikirlərinin xətalı olacağını göstərməklə qalmır, həm də nəyin doğru olduğuna özümüz qərar verək deyə, bəsit bir düşünüş metodu da təklif edir. Çox az sayda filosof düşünərək yaşamağa başlamaq üçün bu qədər az şeyə ehtiyac olduğunu düşünür.
Sokrata görə düşünərək yaşamaq üçün illər boyunca təhsil almağa və aşırı dərəcədə boş zamana sahib olmağımıza gərək yoxdur. Bəlli bir mövzuya qarşı maraq duyan, zehnindəki daşları yerli-yerində nizamlamış və ağlauyğun olduğu iddia edilən bir düşüncəni gözdən keçirmək istəyən hər kəs, Sokratın bu metodunu tətbiq edərək, küçədə yeriyərkən bir dostuyla həmin mövzuda söhbətə başlayıb, yarım saatdan da qısa bir zaman içindəcə bir ya da iki təsirli, məntiqli qənaət əldə edə bilər.
Sokratın, hər kəs tərəfindən doğru hesab olunan ideyaları sorğulamaq metoduna, Platonun qələmə aldığı dialoqlarda rast gələ bilərik. Bu metodun əsas xüsusiyyəti dialoq boyunca tutarlı mərhələlərlə irəliləməkdir və əslində bu metodu, yemək reseptlərinə və bələdçi kitablara xas olan bəsit dillə rahat şəkildə ifadə edərək, hər kəsin bizdən qəbul etməyimizi istədiyi və daxilən qarşı çıxmaq istədiyimiz düşüncələri yanlışlamaq üçün tətbiq edə bilərik. Bunu həyata keçirərkən filosofa qarşı haqsızlıq etdiyimizi düşünməyimizə gərək yoxdur. Bu metoda görə, bir ifadənin, ideyanın doğru olub-olmadığını anlamaq üçün, bu ifadənin əksəriyyət tərəfindən qəbul edilib-edilmədiyinə ya da önəmli insanlar tərəfindən uzun müddət boyunca mənimsənmiş, təsdiqlənmiş olub-olmadığına diqqət etməyimizə gərək yoxdur. Doğru ifadə - məntiqi ziddiyyətə yol açmayan ifadədir. Əgər əksini isbatlamaq mümkün deyilsə, bir ifadə doğru qəbul edilir. Əgər əksi isbatlana bilərsə, bu ifadəylə irəli sürülən bir dünyagörüşə inananların say çoxluğuna rəğmən, ifadə yanlış olacaq və onunla bağlı şübhəyə qapılmaqla haqlı davranmış olacağıq.
Sokratın düşünmə metoduna dair bir örnək:
1. Ortaq ağla uyğun olan, əksəriyyət tərəfindən doğru sayılan hər hansı bir yanaşmanı ifadə edən ideya seçin. Örnəyi:
Cəsarət savaş zamanı geri çəkilməməkdir. Ərdəmli olmaq üçün zəngin olmağa gərək var.
2. Bu fikirləri söyləyən insanın özgüvənini və dediyi sözlərin doğruluğuna duyduğu qəti inamı bir müddətlik kənara qoyun və bu fikirlərin yanlış olduğunu fərz edin. Və bu fikirlərin doğru sayılmayacağı durumlar, hallar ya da kontekstlər tapmağa çalışın və sorğulayın.
Örnəyi: Bir insan savaş zamanı geri çəkilməsinə rəğmən cəsur ola bilərmi? Bir insan savaş meydanını tərk etməməsinə rəğmən cəsarətsiz ola bilərmi? Bir insan pulu olduğu halda ərdəmsiz ola bilərmi? Bir insan pulsuz olduğu halda ərdəmli ola bilərmi?
3. Əgər bu sorğulama əsasında hər hansı bir istisna hal tapa bilsəniz, demək ki, bu fikirlərdə yanlışlıq ya da ən azından əskiklik var.