Məşhur şirkətin məhsulunda GMO aşkar edildi


Digərləri 18 May 2019 22:24:00 225 0

Məşhur şirkətin məhsulunda GMO aşkar edildi

Rusiya İnsan rifahı və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində nəzarət üzrə Federal Xidməti Nestle şirkətinin "Bıstrov" sıyığında Rusiya ərazisində qeydiyyatdan keçməmiş geni dəyişdirilmiş papaya aşkarlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, GM Papaya (transformasiya hadisəsi X17-2) Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdə və AB ölkələrində olduğu kimi, Rusiyada da qeydiyyata alınmayıb.

Geni dəyişdirilmiş papaya "qurmanlar üçün assorti" yulaf sıyığında aşkar edilib.

Öz növbəsində Nestle şirkətindən bildirilib ki, şirkət məhsullarının istehsalı zamanı geni dəyişdirilmiş məhsullardan istifadə etmir.

"Biz məhsulda təsadüfən GMO istifadə edildiyini öyrənən kimi məhsulun istehsalını dayandırdıq", - deyə şirkətdən bildirilib.