Çimərlikləri təmiz olan ölkələr SİYAHI


Digərləri 18 May 2019 21:35:00 244 0

Çimərlikləri təmiz olan ölkələr  SİYAHI

Ətraf Mühit Təhsili Fondu (FEE - Foundation for Environmental Education) dünyanın ən təmiz sahil çimərliklərinin illik reytinqini dərc etdirib.

Fondun təmizliyə və abad infrastruktura görə təsis etdiyi "Blue Flag" (mavi bayraq) mükafatına layiq görülən 3797 çimərliyin 100-dən çoxu fasiləsiz 10 ildən çoxdur ən təmiz statusunu saxlayır. Həmçinin 7 sahil ərazisi bu il "Blue Flag"a ilk dəfə layiq görülüb.

Bundan əlavə, 566 sahil ərazisi "Blue Flag"lə təltif edilən İspaniya bu göstəriciyə görə ölkələrin reytinqinə dalbadal 32 dəfədir başçılıq edir. Sonrakı yerlərdə 515 çimərliklə Yunanıstan, 463 çimərliklə Türkiyə, 389 çimərliklə Fransa, 385 çimərliklə İtaliya qərarlaşıb.

Bu il dünyada cəmi 4559 "Blue Flag" mükafatı verilib ki, bu da əvvəlki ilə nisbətən 138 ədəd çoxdur. Bunlardan 3797 mükafata sahillər, 695-nə marinalar, 67-nə turist gəmiləri layiq görülüb.