Ramazan ayının 7 qızıl fürsəti


Digərləri 18 May 2019 20:45:00 323 0

Ramazan ayının 7 qızıl fürsəti

Əgər bir cümlədə Ramazan ayına tərif vermək istəsək, gərək deyək ki, bu, fürsətlər ayıdır. Çünki bu ayda insanların qarşısında çoxlu fürsətlər qoyulur və əgər bu fürsətlərdən düzgün istifadə etsək, böyük bir xəzinə ixtiyarımıza qoyula bilər. Bu fürsətləri tanımağa çalışaq.

1. İradəni gücləndirmək fürsəti. Bu gün cəmiyyətdə ən böyük problem - insanların iradəsinin zəif olmasıdır. Bir çoxları deyir ki, pis əxlaqa malik olduğumu bilirəm, ancaq onunla mübarizə aparmağa iradəm yoxdur.

Son.az deyerler.org-a istinadən bildirir ki, Ramazan ayı iradəni gücləndirmək üçün bizə fürsətlər verir. Biz yemək yeməyə çox meyilliyik, ancaq yemirik. Su içmək istəyirik, ancaq içmirik. 15 saat dözürük və bu əməl bizim iradəmizi gücləndirir. Ona görə də iradənin güclənməsi - ixtiyarımıza qoyulan ilk qızıl fürsətdir.

2. Allahla barışmaq fürsəti. Həzrət İsa ibni Məryəm (ə) bir yerdən keçirmiş və görür ki, ağlayırlar. Soruşur ki, niyə ağlayırsınız?

Deyirlər: "Cəhənnəm atəşindən qorxuruq". Buyurur: "Bilin ki, hər kim Allah qorxusundan bu cür göz yaşı tökər, Allah onu atəşdən xilas edər. Ümidiniz olsun".

İkinci dəstəni görür ki, nalə çəkirlər. Səbəbini soruşur və deyirlər ki, bizim behiştə eşqimiz vardır. Elə yer ki, orada yalan və günah yoxdur. O yer ki, mələklər və peyğəmbərlər oradadır. Buyurur: "Ümidiniz olsun, Allah sizə behişti verər".

Üçüncü dəstə də ağlayırdı və onlardan da səbəbini soruşur və deyirlər ki, biz Allahı sevirik. Buyurur: "Siz müqərrəbsiniz. (Daha yaxın olanlarsınız). O iki dəstə də yaxşı idi, ancaq siz üstünsünüz və bu da Allah  sevgisinin nəticəsidir". Bu ay Allaha yaxınlaşmaq fürsətini verir.

3. Nəzmli olmaq fürsəti. Ramazan ayı bizlərə proqram və nəzmə malik olmağı öyrədir. Necə Ramazan ayına daxil olaq və ondan necə çıxaq.