Azərbaycanda fermerlərin bazarlara çıxışı sadələşdiriləcək


Digərləri 18 May 2019 20:47:00 273 0

Azərbaycanda fermerlərin bazarlara çıxışı sadələşdiriləcək

Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycanda "yaşıl bazarlar" yaratmaq, yarmarkalar keçirmək, treninqlər və digər təşəbbüslər vasitəsilə fermerlərə dəstəyi genişləndirməyi planlaşdırır.

Son.az bildirir ki, bunu Trend-ə  şirkətin direktoru Leyla Məmmədova deyib.

O bildirib ki, fəaliyyətə başladığı qısa müddət ərzində şirkət fermer məhsullarının daxili və xarici kanallar vasitəsilə satışını təşkil edib.

L.Məmmədovanın sözlərinə görə, şirkətin indiki planlarına "yaşıl bazarlar" şəbəkəsinin genişləndirilməsi daxildir:

"2020-ci ilədək "yaşıl bazar" adı verilən 5 fermer bazarı yaradılmalıdır. Bu bazarlardan biri artıq fəaliyyət göstərir, yaxın zamanlarda ikincisi açılacaq. İlin sonunadək "Kənddən şəhərə" brendi ilə daha 3 bazarın açılması planlaşdırılır".

L.Məmmədova həmçinin "fermer kartları" barədə danışıb. Bu kartları ötən ilin noyabrından Dövlət Aqrar Ticarət Şirkəti "Kapital Bank"la birgə buraxır: