"Green Card" ləğv edilir?


Digərləri 18 May 2019 20:35:00 238 0

"Green Card" ləğv edilir?

ABŞ-a köçmək istəyənlər üçün bal sistemi tətbiq ediləcək.

Son.az fed.az-a istinadən bildirir ki, Ağ Evdə çıxış edən ABŞ prezidenti Donald Tramp deyib ki, sözügedən sistemlə əcnəbilər bir sıra bacarıqlarına görə seçiləcək:

"Kanadada, eləcə də bir çox digər müasir ölkələrdə olduğu kimi, biz asan anlaşılan, bal əsasında sistem yaradırıq. Əgər siz gənc işçisinizsə, çox bal alacaqsınız. O mənada ki, siz bizim sosial müdafiə sistemimizə daha çox töhfə verə bilərsiniz".

Onun sözlərinə görə, ABŞ indi ölkədə öz biznesinə başlamaq istəyən "insanları itirir".  "İndi onların şansı olacaq" - prezident söyləyib.

"Amerikalıların hüquqları qorunsun deyə, imiqrantlarların maddi vəziyyəti yaxşı olmalıdır" - deyə, dövlət başçısı qeyd edib.