Möminin bir təsbihi Həzrət Süleymana (ə) verilən səltənətdən üstündür


Digərləri 18 May 2019 19:20:00 268 0

Möminin bir təsbihi Həzrət Süleymana (ə) verilən səltənətdən üstündür

Həzrət Süleyman (ə) uçan miniyi ilə hərəkət edirdi. Quşlar başının üstündə kölgə salırdılar. Cinlər və insanlar hər iki tərəfindən hərəkət edirdilər. Süleyman (ə) Bəni-İsrayilin abidlərinin birinin yanından keçir və abid deyir: "Davudun oğlu! Allaha and olsun ki, Allah sənə böyük mülk əta etmişdir".

Süleyman (ə) buyurur: "Möminin əməl dəftərində olan bir təsbih, Davudun (ə) oğluna zahirdə verilən şeylərdən daha üstündür. Davudun (ə) oğluna verilən şeylər əlindən gedəcəkdir, ancaq Allahın təsbihi insanın əməl dəftərində qalacaqdır".