Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 18 May 2019 19:09:22 181 0

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bu gün Bakıda, Milli Gimnastika Arenasında komanda hesabında (qrup hərəkətləri proqramında çıxış edən böyük və gənclərin ümumi qiymətləndirilməsi) və qrup hərəkətləri proqramında çoxnövçülükdə qaliblərin və mükafatçlıların mükafatlandırma mərasimi keçirilib

Bakı. Cani Babayeva - Bu gün Bakıda, Milli Gimnastika Arenasında komanda hesabında (qrup hərəkətləri proqramında çıxış edən böyük və gənclərin ümumi qiymətləndirilməsi) və qrup hərəkətləri proqramında çoxnövçülükdə qaliblərin və mükafatçlıların mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, komanda hesabında birinci yerdə Rusiya yığması (216.225 bal), ikinci yerdə Belarus yığması (206.000 bal), üçüncü yerdə isə Bolqarıstan yığması (202.075 bal) qərarlaşıblar. Qaliblərə və mükafatçılara mükafatları Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov, Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin rəhbəri Mariya Petrova və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva təqdim ediblər. Çoxnövçülükdə gənclər komandaları arasında qrup hərəkətləri proqramında (5 halqa və 5 lent) Rusiya komandası (44.925 bal) birinci yeri, Belarus komandası (42.050 bal) ikinci yeri, İtaliya komandası (41.350 bal) üçüncü yeri tutublar. Qaliblərə medalları Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti Rudi Hediger, Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Marina Lobaç və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.