İranda futbol oyununda qadınlar arasında dava düşüb (FOTO/VİDEO)


Digərləri 18 May 2019 18:24:27 207 0

İranda futbol oyununda qadınlar arasında dava düşüb (FOTO/VİDEO)

Davada oyunçulardan biri başından zərbə alıb.

Bakı. Elnur Bağışov - İranda qadınlar arasında futbol üzrə premyer liqanın 16-cı turu dava ilə yekunlaşıb. Trend-in məlumatına görə, hadisə Sircanın Şəhrdari və İsfahanın Zubahən komandaları arasında baş tutan matçda olub. Davada oyunçulardan biri başından zərbə alıb. O, xəstəxanaya yerləşdirilib. Matçda Sircan komandasının iki futbolçusu hakim tərəfindən meydandan qovulub. Davadan sonra hakim oyuna 15 dəqiqə əlavə etməli olub.