"Çılpaqlardan, əxlaqsızlardan danışsınlar"


Şou-biznes 18 May 2019 18:00:00 187 0

"Çılpaqlardan, əxlaqsızlardan danışsınlar"

Müğənni İzzət Bağırov yenə səs-küyə səbəb olan leopard naxışlı köynəyindən danışıb.

Son.az Axşam.az-a istinadən bildirir ki, sənətçi "Zaurla Günaydın" verilişində bunları deyib:  

"Dedilər ki, İzzət yaşına uyğun geyinməyib. Çaşdım, qaldım... Dedim, çılpağam orada? Bütün günü çılpaq şəkil paylaşandan, İnstaqramı biabır fotolarla bəzəyənlərdən, efirdə ağzına gələni deyənlərdən, tərbiyəsizlik edənlərdən, əxlaqsızlardan danışan yoxdur. Leopard köynək geyindim, çox yaraşdı. Bunu həzm edə bilmədilər.

43 yaşım tamam oldu, gizlətmirəm. Hər yaşın öz gözəlliyi var. Əsas odur özünü formada saxlayasan. Bundan sonra da geyinəcəm, bəyənməyən baxmasın".