Kişilər, yoxsa qadınlar daha çox danışır?


Digərləri 18 May 2019 18:03:00 239 0

Kişilər, yoxsa qadınlar daha çox danışır?

Kanadalı millət vəkili Şue Montqomeri qadınların, yoxsa kişilərin daha çox danışdığını sübut etmək üçün maraqlı üsula əl atıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, deputat bunun üçün ictimai yerlərin birində şərf hörməyə başlayıb.

O, qadınlar danışmağa başlayarkən, yaşıl sapdan, kişilər danışmağa başlayarkən isə, qırmızı sapdan istifadə edib. Nəticədə qırmızı sap ümumi şərfin 80 faizini təşkil edib.