Xəzər rayonunda təmizlik aksiyası keçirilib (FOTO)


Digərləri 18 May 2019 17:50:08 417 0

Xəzər rayonunda təmizlik aksiyası keçirilib (FOTO)

Xəzər rayonunda “Təmiz Xəzər-Abad Ölkəm” layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib.

Bakı. 18 may 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və ASAN Könüllülük Məktəbinin birgə təşkilatçılığı ilə yay çimərlik mövsümünə hazırlıq, eyni zamanda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə “Təmiz Xəzər-Abad Ölkəm” şüarı altında Xəzər rayonunun Şüvəlan çimərliyində təmizlik aksiyası keçirilib. Trend-in məlumatına görə, aksiyanın məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Sözügedən aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin, Xəzər Rayon Gənclər və İdman İdarəsinin kollektivi, rayonun fəal gəncləri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri və ASAN Könüllülər Məktəbinin fəal könüllüləri olmaqla ümumilikdə 150 nəfərdən çox könüllü iştirak edib.