İrəvanın separatçılarla qardaşlığı bitir:


Dünya 18 May 2019 17:48:00 505 0

İrəvanın separatçılarla qardaşlığı bitir:

Ermənistanda konfliktdə maraqlı olan tərəflər keçmiş və indiki hakimiyyət nümayəndələri arasında parçalanmanı dərinləşdirirlər. Onlar Köçəryanın məhkəməsindən öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edirlər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ separatçılarının Ermənistandakı "nümayəndəliyinin" müşaviri, keçmiş daşnak Qarnik İsaqulyan deyib. O, Ermənistanda ictimaiyyətin inqilabçı və əks-inqilabçılara bölünməyə başladığını bildirib.

İsaqulyan parçalanmaya bəzi KİV-lərin də şərait yaratdığını və bu işdə xüsusi aktivliyi "Azadlıq" radiosu və "1in.am" saytlarının göstərdiyini söyləyib.

O, Nikol Paşinyanın özünü KİV redaktoru kimi aparmaqdan imtina etməsi gərəkdiyini də deyib.

İsaqulyan Ermənistandakı parçalanmada ilk hədəfin Paşinyan olduğunu vurğulayaraq, proseslərin arxasında Levon Ter-Petrosyanın dayana biləcəyi eyhamını edib: "Bəzi qüvvələr 20 il sonra revanşa çalışırlar. Bu yolda Paşinyanın özü ilk hədəfdir".