Avstriyalı vitsekansler rusiyalı qadına görə istifaya göndərilir


Dünya 18 May 2019 17:36:00 398 0

Avstriyalı vitsekansler rusiyalı qadına görə istifaya göndərilir

Rusiyalı qadınla gizli əməkdaşlıqda şübhəli bilinən Avstriya vitse-kansleri Hayns-Kristian Ştraxe yaxın saatlarda istefa verəcək.

Son.az Oxu.az-a istinadən bildirir ki, yaranmış vəziyyətdən çıxış yolu kimi Avstriya hökuməti iki variantı nəzərdən keçirir: ya Milli Şuraya seçkilər elan ediləcək, ya da gələcək vitse-kansler kimi Norbert Hoferlə iş davam etdiriləcək.

"Reuters" agentliyi ölkənin kansleri Sebastian Kurtsun siyasətçi ilə bundan sonra birgə işləmək fikrində olmadığını bldirib. Vitse-kanslerlə rusiyalı qadın arasında gizli sövdələşmə haqqında "Süddeutsche Zeitung" qəzeti yazıb. Yayılmış qalmaqallı videoda, siyasətçi və onun köməkçisi Yohann Qudenusun rusiyalı oliqarxın qızı ilə İbizada görüşdüyü iddia olunur.

İddiaya görə, rusiyalı qadın Ştraxeyə seçkilərdə qalib gəlməkdə kömək etməli idi. Bunun əvəzində isə siyasətçi tikinti sektorundakı dövlət kontraktlarını onun şirkətlərinə həvalə etməyi öhdəsinə götürmüşdü.