Bakıda Avropa çempionatının 3-cü günündə 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq (FOTO)


Digərləri 18 May 2019 17:34:00 209 0

Bakıda Avropa çempionatının 3-cü günündə 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq (FOTO)

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı çərçivəsində 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı çərçivəsində 5 lentlə hərəkətlərdə komandaların çıxışları olacaq. Trend-in məlumatına görə, bu gün artıq gürz və lentlərlə hərəkətlərdə fərdi proqramda finalçılar müəyyənləşib. Eləcə də komanda hesabı (qrup hərəkətləri proqramında çıxış edən böyük və gənclərin ümumi qiymətləndirilməsi) və qrup hərəkətləri proqramında çoxnövçülükdə qaliblərin adları açıqlanacaq. Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir. Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.