Təbrizdə sərnişin təyyarəsi təcili eniş etdi


Digərləri 18 May 2019 17:25:40 447 0

Təbrizdə sərnişin təyyarəsi təcili eniş etdi

İranın "Ata" Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlığa görə təcili eniş edib.

Bakı. Elnur Bağışov - İranın "Ata" Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlığa görə təcili eniş edib. Trend-in məlumatına görə, İranın Şərqi Azərbaycan vilayəti aeroportları idarəsinin baş direktoru Mustafa Səfayinin sözlərinə görə, təyyarə Təbrizdən Tehrana uçurmuş. Təyyarə mühərrikdə yaranan texniki nasazlığa görə Təbrizin Şəhid Mədəni aeroportuna geri dönüb.