Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib


Siyasət 18 May 2019 17:16:00 412 0

Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib

Prezident İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".