Moody's: Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək


Digərləri 18 May 2019 17:19:29 188 0

Moody's: Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək

Davam edən vergi islahatları Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək.

Bakı. Azad Həsənli - Trend Davam edən vergi islahatları Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək. Trend-in məlumatına görə, bu barədə "Moody's Investors Service"in Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti barədə hesabatında deyilir. Bu cür islahatlar arasında agentlik yeni büdcə qaydasını və dövlət borcunun idarə olunması ilə bağlı strategiyanı qeyd edib. Hesabatda qeyd olunur ki, yeni büdcə qaydası səmərəli tətbiq olunarsa, ölkənin iqtisadi sabitliyini dəstəkləyəcək. Bununla belə, iqtisadi səmərə biznes və istehlakçıların vergi siyasətinə etimadı artdıqca tədricən hiss olunacaq. Bildirilir ki, Azərbaycanın suveren kredit portfeli artan aktivlərlə də dəstəklənir. Belə ki, 2019-cu ilin aprelin 1-dək Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 40,3 milyard dollar təşkil edib. Bu isə 2017-ci ilin dekabrından 12,5 faiz çoxdur və 2018-ci ilin sonunda birbaşa dövlət borcları və təminatları 1,7 dəfə üstələyir.