Bakıda Avropa Çempionatında lentlərlə hərəkətlərdə finalçılar müəyyənləşib


Digərləri 18 May 2019 17:09:01 193 0

Bakıda Avropa Çempionatında lentlərlə hərəkətlərdə finalçılar müəyyənləşib

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında lentlərlə hərəkətlərdə finalçılar müəyyənləşib.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında lentlərlə hərəkətlərdə finalçılar müəyyənləşib. Trend-in məlumatına görə, təsnifat yarışlarının nəticələrinə görə, Aleksandra Soldatova (Rusiya, 20.325 xal), Dina Averina (Rusiya, 20.200 xal), Katrin Taseva (Bolqarıstan, 19.950 xal), Anastasiya Salos (Belarus, 19.600 xal), Milena Baldassarri (İtaliya, 18.800 xal), Boryana Kaleyn (Bolqarıstan, 18.750 xal), Nikol Zelikman (İsrail, 18.450 xal) və Yekaterina Qalkina (Belarus, 18.450 xal) finala vəsiqə qazanıblar. Azərbaycan gimnastları Zöhrə Ağamirova (16.175 xal) və Veronika Qudis (15.200 xal) lentlə hərəkətlərdə finala çıxa bilməyib, onlar 24 və 30-cu yerlərdə qərarlaşıblar. Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.