Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi


Kriminal 18 May 2019 16:54:00 223 0

Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində adam ğldürməkdə təqsirli bilinən Qasımov Bahadur Əli oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovu sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 29-na təyin olunub.

İttihama görə, ötən ilin sentyabr ayında Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiklərini bildirərək, onların razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib. Asəf İsayev əvəzində qızı yenə qaçırdacağını deyib.

Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla Gəncə şəhərində görüşüb, söhbət etmək istədiyini bildirib.