Azərbaycan gimnastı Avropa Çempionatında gürzlərlə hərəkətlərdə finala çıxıb


Digərləri 18 May 2019 16:59:40 201 0

Azərbaycan gimnastı Avropa Çempionatında gürzlərlə hərəkətlərdə finala çıxıb

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib.

Bakı. Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib. Təsnifat oyunlarının nəticələrinə görə, Dina Averina (Rusiya, 23.875 xal), Arina Averina (Rusiya, 22.300 xal), Katrin Taseva (Bolqarıstan, 22.125 xal), Anastasiya Salos (Belaruius, 21.600 xal), Vlada Nikolçenko (Ukrayna, 21.500 xal), Zöhrə Ağamirova (Azərbaycan, 20.800 xal), Yekaterina Vedeneeva (Sloveniya, 20.525 xal) və Nikol Zelikman (İsrail, 20.350 xal İkinci Azərbaycan gimnastı Veronika Qudis 18.800 xalla 20-ci olub. Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.