Koçaryan azadlığa buraxıldı


Dünya 18 May 2019 16:33:00 210 0

Koçaryan azadlığa buraxıldı

Yerevan məhkəməsi bu gün Ermənistanın ikinci prezidenti Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. 

Son.az Oxu.az-a istinadən bildirir ki, qərar hakim David Qriqoryan tərəfindən çıxarılıb. 

Xatırladaq ki, 26 iyul 2018-ci ildə Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart (2008-ci il) hadisələri zamanı aksiya iştirakçılarının dağıdılması ilə bağlı iş üzrə Koçaryanı rəsmi qaydada konstitusiya  quruluşunu pozmaqda ittiham edib.