Ərdoğanın sözçüsündən sensasiyalı Krım açıqlaması:


Dünya 18 May 2019 16:18:00 228 0

Ərdoğanın sözçüsündən sensasiyalı Krım açıqlaması:

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Krım tatarlarının sürgün olunmasının 75-ci ildönümü ilə bağlı Tvitter hesabında paylaşım edib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, sözçü yazıb:

"18 may 1944-cü ildə sürgün olunan 400 mindən çox Krım tatarının və həyatını itirən on minlərcə qardaşımızın çəkdiklərini unutmamışıq, unutmayacağıq. Krımın ilhaqını tanımayan Türkiyə daim Krım tatarlarının yanında olmağa davam edəcək".

Xatırladaq edək ki, 13 aprel 1944-cü ildə SSRİ silahlı qüvvələri Faşist Almaniyasının hərbi hissələri qarşısında üstünlük qazanaraq onları Krım yarımadasından çıxardı. 1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanət"də ittiham edərək İosif Stalinə onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə - Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə təklif etdi.