Suallar və cavablar servisi olan "Quora"da YENİLİK


Digərləri 18 May 2019 15:48:00 215 0

Suallar və cavablar servisi olan "Quora"da YENİLİK

ABŞ-ın suallar və cavablar servisi olan Quora E investisiya raundu çərçivəsində Valor Equity Partners adlı investisiya şirkəti tərəfindən 60 milyon dollar investisiya cəlb edib.

Son.az Technote-a istinadən bildirir ki, həmin şirkət həmçinin Tesla və SpaceX şirkətlərinin səhmdarları siyahısındadır. Bu barədə Recode saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən Quora-nın bazar dəyəri 2 milyard dollar təşkil edir. Bununla belə sözügedən servis 2018-ci ildə 20 milyon dollar gəlir əldə etmişdi. Bu isə servisin bazar dəyərindən qat-qat aşağıdır.

Recode onu da qeyd edib ki, bu investisiya raundu hal hazırda texnoloji sahədə fəaliyyət göstərən bütün şirkətlərin yüksək qiymətləndirilməsini sübut edir. Quora servisinin təmsilçiləri bu məsələyə fikir bildirməkdən imtina ediblər. Qeyd etmək lazımdır ki, Quora servisi 2009-cu ildə təsis edilib və onun baş ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşir. Şirkətin öz qiymətləndirməsinə əsasən servisin aylıq aktiv istifadəçi kütləsi 300 milyon təşkil edir. Sonuncu investisiya raundu ilə birlikdə şirkət ümumilikdə 286 milyon dollar investisiya əldə edib. 2016-cı ildə isə Quora servisi fikir mübadiləsi üçün nəzərdə tutulmuş Parlio adlı sosial şəbəkəni almışdı.