Sensasion iddia: İran ABŞa nüvə zərbəsi endirə bilər


Dünya 18 May 2019 15:24:00 242 0

Sensasion iddia: İran ABŞa nüvə zərbəsi endirə bilər

"Vol Strit Jurnal" qəzeti İran ətrafındakı vəziyyətin Donald Tramp administrasiyasında fikir ayrılıqlarına səbəb olduğunu yazıb. Nəşrə danışan mənbənin sözlərinə görə, Ağ Evdə çoxları ABŞ-a qəzəblənmiş İranın ilk olaraq nüvə zərbəsi endirməsi ehtimalını istisna etməsə də, bir hissəsi İranın genişmiqyaslı müharibə törətməkdən çəkindiyi üçün ABŞ-ın fəaliyyətlərinə sadəcə cavab verməyə hazırlaşdığını düşünür.

Bu məlumat isə İranın nüvə silahına malik olduğu təsəvvürünü yaradır.

Son.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, İran hazırda ABŞ-a nüvə zərbəsi endirmək gücünə malik deyil:

"Zənn etmirəm ki, İran ABŞ-a nüvə zərbəsi endirsin. Çünki əvvəla, İran hələ nüvə silahının istehsalını başa çatdırmayıb. Bir atom bombasının istehsalı üçün ən azı 300 kq saflaşdırılmış uran lazımdır. İran isə hələ o həddə çatmayıb. Ola bilsin ki, atom bombasının bir az çirkli variantı - atom elektrik stansiyalarında işlənmiş uraniumun qalıqlarından bomba hazırlasın, amma belə bombaların effekti çox zəif olur. Çirkli bombalar demək olar ki, dağıdıcı qüvvəyə malik deyil. Bütün hallarda söhbət ballistik raketlərin daşıya biləcəyi başlıqlardan gedirsə, bu bombalar bir işə yaramayacaq.