Səidə ifaçısı həbs edilən mahnıya oynadı


Şou-biznes 18 May 2019 14:54:00 202 0

Səidə ifaçısı həbs edilən mahnıya oynadı

Müğənni Səidə Sultan "Dolanım başına" mahnısına rəqs edib.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, ifaçı bir müddət öncə ifaçısı həbs edilən "Dolanım başına" mahnısına oynadığı videonu  İnstaqram hesabından paylaşıb. O, videoya bu sözləri əlavə edib:

"Dolanım başına dolanım. Ay Cinuş başımızın bəlası . Biz oynayırıq siz niyə qıcıq olursuz? Siz də durun oynayın. Bəzi qurd-quşlara aiddir".

Sosial şəbəkədə paylaşılan video izləyiciləri qıcıqlandırıb. Onlar görüntüyə görə ifaçını tənqid ediblər. Bəziləri isə təhqirdən də qaçmayıb.

"Belə yüngüllük edirlər, sonra da deyirlər ki, bizə ad verin. Sizə ancaq yüngül artist adın vermək lazımdır", "Belə yüngülləri axı efirə niyə buraxırlar e?"

Bundan başqa ifaçının rəqsini bəyənənlər də olub.