2 yaşlı uşaq 3 gün boyunca meşədə ac və susuz qaldı


Dünya 18 May 2019 14:49:00 248 0

2 yaşlı uşaq 3 gün boyunca meşədə ac və susuz qaldı

Amerikanın Kentuki əyalətində itkin düşən 2 yaşlı Kenneth Neil adlı bir uşaq 3 gün sonra tapılıb.

Son.az Metbuat.az-a istinadla bildirir ki, evinin həyətində oynamaq üçün çölə çıxıb. Bir neçə dəqiqə sonra atası onu axtarmağa getdikdə 2 yaşlı uşağın həyətdə olmadığını görüb. Bir saatdan çox müddət ərzində uşağın valideynləri evin ətrafındakı meşədə axtarış ediblər. uşağı tapmadıqda isə ailə qaçırıldığını düşünərək polisə xəbər verib.

Kennethin evindən 800 metr məsafəni əhatə edən ərazidə axtarış əməliyaatı başladılıb. 3 gün boyunca axtarılan uşaq köhnə bir mədənin yanında, evindən sadəcə 500 metr uzaqlıqda tapılıb. İki yaşlı uşaq açıq sahədə 3 gün boyunca tək qalıb. Tapıldıqda 67 saat soyuğa, aclığa və susuzluğa dözməsi hər kəsi təəccübləndirib.

Qərbi Virginiada xəstəxanaya yerləşdirilən uşağın sağlamlıq vəziyyətinin yaxşı olduğu və həyatının təhlükədə olmadığı açıqlanıb.