"Bir daha bu çarpayıya uzanmayacağam"


Şou-biznes 18 May 2019 14:04:00 183 0

"Bir daha bu çarpayıya uzanmayacağam"

Ayağından əməliyyat olunan meyxanaçı Namiq Qaraçuxurlu xəstəxanadan daha bir görüntüsünü yayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi xəstə yatağında çoxlu foto çəkdirdiyini deyib.

Namiq paylaşımına "İnşallah, bir daha bu çarpayıya uzanmayacağam. Ona görə çoxlu şəkillər çəkdirdim. Mənə xeyir-dua edən insanlara bir daha təşəkkür bildirirəm" sözlərini yazıb.

Qeyd edək ki, bir il bundan əvvəl yıxılıb ayağını sındıran Qaraçuxurlu uzun müddətdir əsa ilə gəzirdi. O, əməliyyatla ayağındakı dəmirləri çıxartdırıb.


Xəbərə aid foto