İranda 5 bala yaxın zəlzələ olub


Dünya 18 May 2019 13:24:00 207 0

İranda 5 bala yaxın zəlzələ olub

İranın cənubunda Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib ki, zəlzələ vilayətin Xane Zinyan şəhərinin 18 kilometrliyində olub.

Təkanlar saat 12:18-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.

Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib.