Belarus gimnastı: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir


Digərləri 18 May 2019 13:08:30 185 0

Belarus gimnastı: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir

Bakıda bədii gimnastika üzrə Avropa çempionatından təəssüratlarım çox gözəldir.

Bakı. Cani Babayeva - Bakıda bədii gimnastika üzrə Avropa çempionatından təəssüratlarım çox gözəldir. Bunu Trend-ə Belarus gimnastı Anastasiya Salos deyib. Gimnast bildirb: "Bakıda bədii gimnastika üzrə Avropa çempionatından təəssüratlarım çox gözəldir. Çünki bu, ilk öncə, Avropa çempionatıdır, ikincisi, çox məsuliyyətli yarışlardır, burada tək özün üçün deyil, həm də komanda üçün çıxış edirsən". A.Salos bugünkü çıxışından razı qaldığını da vurğulayıb: "Bu gün proqramımı demək olar ki, maksimum dərəcədə yerinə yetirdim. Ümumiyyətlə bəzi xırda yanlışlıqları çıxsaq, səhfim olmadı. Amma təəssüf ki, dünən çıxışım zəif oldu. Qeyd etmək istərdim ki, yığmamız yaxşı çıxış edir və biz əlimizdən gələni edirik ki, yüksək yer tutaq". Gimnast Bakıda Avropa çempionatının yüksək səviyyədə təşkil edildiyini də xüsusi qeyd edib: "Bakıda zalı çox bəyənirəm, burada çıxış etmək xoşdur. Hazırlaşmaq üçün çox yer var ki, bu da çox yaxşıdır. Gimnastlar müxtəlif meydançalarda hazırlaşa bilir".