İstirahət gününün HAVAsı


Digərləri 18 May 2019 12:54:00 207 0

İstirahət gününün HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq. Bəzi yerlərdə duman müşahidə ediləcək. 

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 15-18° isti, gündüz  24-28° isti təşkil edəcək.

Bakıda gecə 17-19° isti, gündüz  25-27°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  756  mm civə sütunu təşkil edəcək.