Müğənni döydüyü modelə 3 ay yaxınlaşa bilməyəcək


Digərləri 18 May 2019 12:59:00 208 0

Müğənni döydüyü modelə 3 ay yaxınlaşa bilməyəcək

"Duman" qrupunun solisti Kaan Tangöze boşandığı model Seçkin Pirilerə yaxınlaşa bilməyəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İstanbul Anadolu Ailə Məhkəməsi Seçkinin müraciətindən sonra belə bir qərar çıxarıb.

O,  ailənin qorunması və qadına qarşı şiddətin qarşısını almaq üçün qanuni tədbirin görülməsini tələb edib.

Qərara görə, Kaan xanımını təhdid, təhqir etməyəcək, 3 ay müddətində onun iş yerinə, yaşadığı evə yaxınlaşmayacaq.