“Avroviziya2019”da final həyəcanı:


Digərləri 18 May 2019 12:39:00 222 0

“Avroviziya2019”da final həyəcanı:

Bu gecə bütün Avropanın diqqəti İsrailin paytaxtı Tel-Əviv şəhərinin Expo Mərkəzində keçirilən "Avroviziya-2019" beynəlxalq mahnı yarışmasında olacaq. Birinci və ikinci yarımfinalı geridə qoyub müsabiqənin əsas final gecəsini izləyəcəyik. Müsabiqə saat 23:00-da başlayacaq və İTV-də canlı yayımlanacaq.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, finalda 26 ölkə birincilik uğrunda mübarizə aparacaq - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya və İspaniya.

Səsvermədə müsabiqənin münsiflər heyəti ilə bərabər yarışmaya qatılan 41 ölkə də iştirak edəcək.

Hər bir ölkə canlı yayımda 1-dən 12-yə kimi bal verəcək.

Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev elan edəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Müsabiqəni Azərbaycan tərəfdən aparıcı Murad Arif şərh edəcək.

Yarışmaya əlavə rəng qatmaq üçün illər öncə "Avroviziya"da qalib gələn və yaddaşlarda həkk olunan Netta Barzilai, Dana International, Konçita Vurst, Mons Zermerlyova və Verka Serdyuçka çıxış edəcək.

Lakin bu da son deyil, çünki təşkilatçılar "Avroviziya" tamaşaçılarına daha bir sürpriz hazırlayıb.

Belə ki, mahnı müsabiqəsinin fəxri qonağı dünya şöhrətli müğənni Madonna olacaq. Sənətçi final gecəsi üçün özəl repertuar hazırlayıb.


Xəbərə aid fotolar