İşdən çıxarılan icra başçısının ailəsində faciə


Digərləri 18 May 2019 12:04:00 217 0

İşdən çıxarılan icra başçısının ailəsində faciə

Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevə ağır itki üz verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, sabiq icra başçısının oğlu Hünər Rzayev və qardaşı Namiq Rzayev dünyasını dəyişib.

Qeyd edək ki, Yaşar Rzayev uzun illər Lənkəranda rəhbər vəzifələrdə çalışıb və 2003-cü ilədək rayonun icra başçısı vəzifəsini tutub.

Onun vəfat edən oğlu isə xeyli müddət Vergilər Nazirliyində çalışıb və keçən il işdən çıxarılıb.