Son üç ayda Azərbaycanda 13 mindən çox nikah qeydə alınıb
Digərləri 18 May 2019 11:09:00 390 0
2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3972 boşanma halları qeydə alınıb.
Son.az Trend-ə istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.
Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.
Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.
Mənbə: milli.az