Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb (FOTO)


Digərləri 18 May 2019 10:50:00 197 0

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb.

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb. Trend-in məlumatına görə, çempionatın 3-cü günündə böyük gimnastlar fərdi proqramda gürzlər və lentlə, gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülük yarışlarında beş lentlə çıxış edəcəklər. Bu gün, həmçinin komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq. Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.