Azərbaycan əhalisi dörd ayda 17 milyard manatdan çox gəlir əldə edib


Digərləri 18 May 2019 10:39:48 202 0

Azərbaycan əhalisi dörd ayda 17 milyard manatdan çox gəlir əldə edib

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 17 milyard 072,0 milyon manat təşkil edib.

Bakı. Elçin Mehdiyev - 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 17 milyard 072,0 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əhalinin hər nəfərinə düşən gəlirlər 1729,0 manat olub. Məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15 milyard 660,9 milyon manatlıq vəsait qalıb.