Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək


Digərləri 18 May 2019 09:40:00 198 0

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı AŞ Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdə olacaq.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq. Trend-in məlumatına görə, komitə iclasında terror qurbanlarının qorunması və onlara köməklik göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovada vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq. S.Hacıyev iclasda çıxış edəcək, mövzular barədə fikirlərini bildirəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin