“Eurovision” təmsilçimiz Çingiz haqda bilmədikləriniz


Digərləri 18 May 2019 09:24:00 224 0

“Eurovision” təmsilçimiz Çingiz haqda bilmədikləriniz

Bu axşam İsrailin Təl-Əviv şəhərində "Eurovision 2019" mahnı müsabiqəsinin böyük finalı baş tutacaq. Ölkəmizi sözügedən müsabiqədə 20 nömrə altında "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edəcək.

Son.az qafqazinfo-ya istinadən təmsilçimizi daha yaxından tanıtmaq məqsədilə onun haqda bioqrafik məlumatlar toplayıb:

- Çingiz Mustafayev Rusiya Federasiyasının Moskva şəhərində anadan olub və uşaqlıq illərini orada keçirib.

- Sovet İttifaqı dağıldıqdan sonra baş verən qarışıqlıq dövründə o, Azərbaycana - Qazaxa köçür. Qazaxdakı kənd həyatı Çingizə gitara musiqi alətində ifa etməyi öyrənməyə kömək olur. Uzun yay günləri, diqqətin az yayılması və intuitiv musiqi qabiliyyəti təkrarsız və ritmik ifa onda üslubunun formalaşmasına gətirib çıxarıb. 

- 2008-ci ildə ATV-də yayımlanan "Yeni ulduz - 7" müsabiqəsinin qalibi olub.

- 2011-ci ildə İctimai TV-də yayımlanan "Avroviziya" milli seçim turunda iştirak edib, lakin ölkəmizi beynəlxalq müsabiqədə təmsil etmək ona qismət olmayıb.