Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir


Digərləri 18 May 2019 09:02:08 222 0

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

Bu gün növbəti TOEFL IBT və "PTE Academic" ingilis dili imtahanları keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Bu gün növbəti TOEFL IBT və "PTE Academic" ingilis dili imtahanları keçiriləcək. İmtahanlar Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. DİM-dən Trend-ə verilən məlumata görə, TOEFL IBT imtahanı saat 09:30-da başlayacaq. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. "PTE Academic" ingilis dili imtahanı isə saat 10:00-da başlayacaq.