Bakıda ana qızı tərəfindən döyülərək, küçəyə atıldı


Digərləri 18 May 2019 08:43:00 208 0

Bakıda ana qızı tərəfindən döyülərək, küçəyə atıldı

Bakının Nərimanov rayonunda 53 yaşlı qadın qızı tərəfindən döyülüb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Rufulla Axundov küçəsində baş verib. 1966-cı il təvəllüdlü Əkbərova Məhbubə Allahyar qızı öz qızı, Arzu adlı xanım tərəfindən döyülüb. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qızı tərəfindən döyülüb küçəyə atılan ana Nəsimi Rayon Mənzil Kommunal İstehsalat Birliyində süpürgəçi işləyir.

3 gündür küçədə gecələyən Məhbubə Əkbərovanın bildirdiyinə görə, mənzil məsələsinə görə qızı onu döyərək təhqir edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində istintaq işi açılıb, araşdırma aparılır.