ABŞ “Huawei”lə bağlı qərarını dəyişə bilər


Dünya 18 May 2019 08:48:00 278 0

ABŞ “Huawei”lə bağlı qərarını dəyişə bilər

Vaşinqton Çinin "Huawei" telekommunikasiya şirkətinə qarşı bəzi məhdudiyyətlərin qoyulmasını təxirə sala bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Nümayəndə qeyd edib ki, təxirəsalınma məhdudiyyətlər tətbiq olunmağa başladıqdan sonra bağlanmış sazişlərə şamil edilmir. 90 günlük müvəqqəti lisenziyalar "Huawei"-lə işgüzar münasibətdə olan şəxs və ya şirkətlərə, onların avadanlıqları və şəbəkələrinin təhlükəsizliyini təmin etmək üçün verilə bilər.