Bu noutbukda oyun zamanı YouTubea baxmaq olar


Digərləri 18 May 2019 08:25:00 237 0

Bu noutbukda oyun zamanı YouTubea baxmaq olar

"HP" şirkəti güclü "Omen X 2S" oyun noutbukunu nümayiş etdirib. Yeni qurğu klaviaturanın yuxarı hissəsində yerləşən 6 düym diaqonallı yardımçı "Full HD" ekranla seçilir. İdeya ondan ibarətdir ki, istifadəçilər oynamaqla paralel şəkildə "Twitch" servisində birbaşa translyasiyaya və ya "YouTube"da tədris videoçarxlarına baxa, "Discord" çatında komanda üzvü ilə söhbət edə və ya prosessorun yükünü izləyə bilsinlər.

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, bundan başqa, oyunçunun rahatlığı üçün ikinci displeydə oyunun bir sıra elementlərini göstərmək mümkündür. Burada, məsələn, böyüdülmüş şəkildə mini-kart və ya spidometri təkrarlamaq olar. Əlavə ekranı, həmçinin bütün digər proqramlar, o cümlədən brauzer dəstəkləyir.

Məlumata görə, əsas displey rolunda 144 QHs takt tezlikli 15 düym diaqonallı "Full HD" panel çıxış edir. Daha bahalı "Omen X 2S" modellərində tezlik yenilənməsi 240 giqahersədək, təsvir ölçüsü isə "HDR" dəstəkli "4K" formatınadək artırıla bilər.

Noutbukun əsas konfiqurasiyasına səkkiznüvəli "Intel Core i9" çipi, 32 giqabaytlıq operativ yaddaş və "Nvidia GeForce RTX 2080 Max-Q" qrafikası daxildir. Şirkət qurğu üçün məxsusi olaraq istiliyi tez qovan və sürəti 28 faizədək artırmağa imkan verən yeni maye metal soyutma sistemi hazırlayıb.

Qalınlığı 22 mm təşkil edən "HP Omen X 2S" noutbukunun akkumulyator tipi və tutumu barədə məlumat verilmir.