Yarımkeçiricilər bazarının həcmi 7,2 faiz azalacaq


Digərləri 18 May 2019 08:11:00 239 0

Yarımkeçiricilər bazarının həcmi 7,2 faiz azalacaq

"International Data Corporation" (IDC) analitik şirkəti 2019-cu ildə dünya yarımkeçirici məhsullar bazarında əhəmiyyətli azalma proqnozlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, sahədə son üç ildə artım qeydə alınıb. 2018-ci ildə onun həcmi təxminən 474 milyard dollara çatıb. Bununla yanaşı, 25 aparıcı yarımkeçirici məhsullar tədarükçüsü pul ifadəsində bazarın 80 faizinə nəzarət edir.

Şirkətin proqnozlarına görə, bu il məhsulun tədarük həcmi pul ifadəsində 7,2 faiz azalacaq. Nəticədə 2019-cu ilin yekunları üzrə bazarın həcmi 440 milyard dollar səviyyəsində olacaq.

Müşahidə edilən mənzərə qismən izafi istehsal və anbarlarda çoxlu satılmayan məhsulun yığılıb qalması, eləcə də ümumilikdə tələbatın zəifləməsi ilə izah edilir.

Analitiklər tərəfindən 2019-2020-ci illərdə "DRAM" və "NAND" yaddaş kartları seqmentində satışın azalacağı proqnozlaşdırılır. Bununla belə, yaddaşla əlaqəsi olmayan yarımkeçiricilər seqmentində bu il 1 faiz (319 milyard dollaradək) artım gözlənilir.