1 terabaytlıq ilk microSD satılacaq
Digərləri 18 May 2019 08:01:00 198 0
Məlumatların saxlanılması üçün qurğuların istehsalı üzrə ixtisaslaşmış "SanDisk" şirkəti dünyada 1 terabaytlıq (TB) ilk "microSD" yaddaş kartının satışına başlayıb.
Son.az ICTnews-a istinadən bildirir ki, istehsalçının məlumatına görə, yeni yaddaş kartında məlumatların oxunma sürəti 160 MB/s, yazma sürəti isə 90 MB/s təşkil edir.
1 TB-lıq "microSD" yaddaş kartının qiyməti 450 dollar təşkil edir.
Mənbə: milli.az